Apr 21

Xaçmaz bazarında yanğın olub

Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində iki ədəd soyuducu yanıb.

Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bənzər xəbərlər

Gündəm

0.023478984832764