Apr 21

Ceyranbatanda su kanalına düşən yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

“Report” xəbər verir ki, 2011-ci il təvəllüdlü İ.Ə-nin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

18:11

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

APA-nın məlumatına görə, 2011-ci il təvəllüdlü İbrahim Əliyev ehtiyatsızlıqdan kanala yıxılıb.

Onun axtarışları davam etdirilir.

Bənzər xəbərlər

Gündəm

0.020912885665894