Üçaylıq körpənin anası yardım diləyir: “Övladıma yemək və bez almağa belə pulum yoxdur” - FOTO
Üçaylıq Tanurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Ülfət Qurbanova məlumat yayıb.
Gənc ana övladına hətta yemək almağa imkanının olmadığını deyib.
“Tanur 2024-cü ilin yanvar ayında dünyaya gəlib. Mən ona iki aylıq hamilə olarkən atası avtomobil qəzasında dünyasını dəyişdi. Hamiləliyim çox böyük stres və həyəcan içində keçib. Tanur doğulanda sağlam uşaq olsa da, hazırda nevroloji müalicəyə ehtiyacı var. Amma bunu qarşılamağa imkanımız yoxdur”.
Ülfət Qurbanova yardımsevər şəxslərə səslənib:
“Mən uşaq olarkən atam rəhmətə gedib, tək anam var, o da işləmir. Hazırda Tanur çox balacadır deyə mən də işləyə bilmirəm, özümüz isə 250 manata kirayə qalırıq. Nə özümüz yeməyə, nə övladıma yedirtməyə yemək tapmıram. İnanın vəziyyətimiz çox ağırdır. Tanurun uşaq arabasına, beşiyə ehtiyacı var. Yardımsevər bir şəxsin dəstəyi ilə uşaq arabası almışdıq, o da qırılıb, məftillə bağlayıb istifadə edirik. Hazırda nə müalicəyə, nə yemək, nə də bez almağa pulum var. Yardımsevər şəxslərin bizi bu çətin durumdan çıxmağa kömək etmələrini istəyirəm. Övladım bir az böyüsə, özüm də iş tapıb işləyəcəyəm”.
Ailə ilə əlaqə: (055) 949-57-84.
“Kapital Bank”: 4169 7385 3170 3456.