Los-Ancelesdə polislə atışma canlı yayımlanıb - VİDEO
Los-Ancelesdə silahlı yerli sakin Marina del Rey limanı ərazisindəki binanın damına çıxdıqdan sonra atəş açıb.
O, atışmanı sosial şəbəkələrdə canlı olaraq yayımlayıb.
Hücumçu bir neçə növ silahdan atəş açıb.
Polis yerli sakinlərdən gizlənməyi və çölə çıxmamağı xahiş edib.
Hüquq-mühafizə orqanları şübhəli şəxsi saxlamağa nail olublar və o, hazırda həbsdədir.
Ölənlər və yaralananlar barədə məlumat yoxdur.
Mənbə: gazeta.ru