Dec 21

Məşhur şirkət xərçəng xəstəsinə 70 milyon dollara yaxın təzminat ödəyəcək

ABŞ-nin Minnesota ştatında Andlılar Məhkəməsi "Johnson & Johnson" şirkətinin 37 yaşlı Anna Cin Hyuton Karliyə 65.5 milyon dollar məbləğində təzminat ödəməsi barədə qərar verib.

Mozalan.az bu barədə "NBC News" telekanalına istinadən xəbər verir.

İddiaçı bildirib ki, şirkətin istehsal etdiyi talkəsaslı uşaq pudrasından istifadə onda mezoteliomanın - onkoloji xəstəliyin inkişafına səbəb olub.

Məhkəmə materiallarına əsasən, Karlinin vəkilləri "Johnson & Johnson"un talk məhsullarının asbestlə çirklənə biləcəyi barədə məlumatlı olduğunu, lakin potensial təhlükə haqqında istehlakçıları xəbərdar etmədiyini sübut edən dəlillər təqdim ediblər.

2023-cü ildə talklı pudranın satışını dayandıran şirkət isə ittihamları rədd edir və məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.(publika.az)

Bənzər xəbərlər

Gündəm

0.021544933319092