İrəvanın mərkəzində azərbaycanlı diversant TƏLAŞI: Polis açıqlama yaydı
Ermənistan Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə guya İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan məlumatları təkzib edib.
Bu barədə məlumatı Ermənistan DİN yayıb.
Bildirilir ki, polis İrəvanda rusiyalı turisti onun üzərində narkotik maddə olması şübhəsi ilə saxlayıb.
Lakin polis bölməsində aparılan axtarış nəticəsində həmin şəxsdə narkotik maddə aşkar edilməyib. Onun Ermənistana turist kimi səfər etdiyi məlum olub.
Qeyd olunur ki, sosial şəbəkələrdə bu hadisə ilə bağlı guya İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması barədə şayiələr yayılmışdı.
Mənbə: Sputnik Ermənistan