Apr 08

Bakıda tarixi bina təhlükəli vəziyyətdədir - VİDEO

Bakının Xətai rayonu, Oksigen küçəsində yerləşən 131 yaşlı tarixi bina təhlükəli vəziyyətdədir.

Sakinlər bildiriblər ki, təhlükəli vəziyyəti nəzərə alaraq ailələrin bir qismi məcburi olaraq binadan köçüblər.

Yağışlı və küləkli günlərdə isə binada vəziyyət daha da təhlükəli olur.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yaşayış məntəqəsi qəzalı binalar siyahısındadır və bununla bağlı müvafiq qurumlara məlumat verilib.

Nazirlər Kabinetinin qərarından sonra sakinlər ərazidən köçürüləcəklər. 

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Bənzər xəbərlər

Gündəm

0.046838998794556