Apr 05

Tatarıstanda silsilə cinayətlər törədən pedofil saxlanıldı: Qurbanlarını “PUBG” oyunundan seçirmiş - FOTO

Tatarıstanda silsilə cinayətlər törədən pedofil saxlanılıb.

O, öz qurbanlarını “PUBG Mobile” oyunundan axtarıb tapırmış.

Hazırda pedofilin ən azı üç məktəbliyə xəsarət yetirdiyi məlum olub.

Məlumata görə, ilk olaraq səkkizinci sinif şagirdi valideynlərinə özünə qarşı olan zorakılığı etiraf edib. Məktəbli bildirib ki, mobil oyunda təcrübəli və yetkin oyunçu ilə tanış olub. Yazışmalardan sonra 43 yaşlı Andrey yeniyetməni Zelenodolskdakı evində birlikdə oynamağa dəvət edib. Təklikdə qaldıqları zaman isə o, uşağa təcavüz edib.

Bu fakt aşkara çıxdığı zaman işsiz oyunçu-pedofilin digər qurbanları, eləcə də məktəblilər barədə məlumat əldə edilib. Hazırda məlum olub ki, kişi ötən ilin sentyabrından oğlanları öz evinə dəvət edirmiş.

Şübhəli şəxs saxlanılıb və faktla bağlı “Əxlaqsız hərəkətlər” və “Yetkinlik yaşına çatmayanlara qarşı cinsi xarakterli hərəkətlərə məcbur etmə” maddələri ilə cinayət işi açılıb.

Mənbə: “SHOT” “Telegram”

Bənzər xəbərlər

Gündəm

0.01993203163147