Apr 04

Sabahdan yağış yağacağı, çaylarda sululuğun artması gözlənilir - XƏBƏRDARLIQ

Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq aprelin  8-də axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

Bənzər xəbərlər

Gündəm

0.023465871810913