Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi - FOTO
Texniki nasaz nəqliyyat vasitəsinin tuneldə qalması yolda sıxlığın yaranmasına səbəb olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, tunelin içərisində texniki nasaz nəqliyyat vasitəsi qalıb. Nəticədə də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.