Mar 26

Biləsuvarda gənc qadın qətlə yetirilib, həyat yoldaşı polisə təslim olub - YENİLƏNİB + FOTO

Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, iki azyaşlı övladı olan ailə kənddə tikdirdikləri yeni evə köçməyə hazırlaşırmış.

Bu məqsədlə Sevil Əlili Bakıda işləyən həyat yoldaşına zəng edərək onu kəndə çağırıb. Yeni tikilidə baş verən mübahisə zamanı A.Məmiyev həyat yoldaşının üzünə bıçaq zərbəsi endirib, sonra onu təzə evin tavanında asıb.

Qeyd edək ki, bu gün saat 15:00 radələrində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq araşdırmaları davam etdirilir.

17:11

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Martın 26-da saat 15 radələrində Biləsuvar rayonu ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

16:28

Biləsuvar rayonunda 25 yaşlı qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, martın 26-da saat 15:30-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlilinin həyat yoldaşı, 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.024234771728516