Mar 26

Qaxda kişi həyat yoldaşına xəsarət yetirib

Qax rayonunun Qaysarlı kənd sakini İlkin Musazadə ailə münaqişəsi zəminində həyat yoldaşı, 33 yaşlı G.Musazadəni döyərək xəsarət yetirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, burnundan xəsarət alan qadına xəstəxanada tibbi yardım göstərilib.

Xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, tərəflərin izahatları alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.026593923568726