Üzərinə qaynar su tökülən yeddi yaşlı Ayxanın köməyinizə ehtiyacı var - FOTO
2017-ci il təvəllüdlü Ayxan Elnur oğlu Məmmədov 2022-ci ilin dekabr ayında ağır yanıq xəsarətləri alıb.
Bu barədə Mozalan.az-a onun anası Lalə Məmmədova məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, oğlunun üzərinə qaynar su dolu çaydan aşıb:
“Hadisə baş verdikdən sonra Ayxan yardımsevər insanların dəstəyi ilə iki dəfə (biri omba, biri ayaq nahiyəsindən olmaqla) dəriköçürmə əməliyyatı olunub. Evə qayıtdıqdan sonra da müalicələrini yardımsevər şəxslərdin dəstəyi ilə davam etdirə bilmişik. Yoldaşım zibillərin toplanması ilə məşğul olurdu və 350 manat pul alırdı. Vərəm xəstəliyinə tutulduğu üçün işdən ayrıldı. İndi heç bir gəlir yerimiz yoxdur. Ayxanın qollarında yaralar açılıb. Göynəmə verdikcə uşağım əziyyət çəkir, bütün günü ağlayır. Yanan yerləri qaşınır. Həkim bildirib ki, oğluma lazım olan dərmanları almaq üçün 600 manat pul lazımdır. Yardımsevər şəxslərdən bizə kömək olmalarını xahiş edirəm”.
Əlaqə nömrəsi: (055) 267-08-71.
Kapital Bank: 4169 7388 4132 1338.