Mar 19

Niger hakimiyyəti ABŞ hərbçilərini ölkəni tərk etməyə çağırıb

Niger hərbi hökuməti ABŞ-li hərbçiləri ölkəni tərk etməyə çağırıb.

Bununla bağlı Niger hökumətinin mətbuat katibi mayor Amadou Abdramane açıqlama verib.

“ABŞ bazaları və mülki personalı daha Nigeriya torpaqlarında qala bilməz”, - deyə o qeyd edib.

Bildirilib ki, Nigeriyanın yüksək rütbəli məmurları ilə ABŞ səfiri Meri Ketrin Fi arasında aparılan danışıqlar hakimiyyətin mövqeyini dəyişməyib.

Qeyd edək ki, ABŞ ordusunun Nigerin şimalındakı böyük hava bazasında 650-yə yaxın əsgəri var. Bu baza həm insan, həm də pilotsuz müşahidə əməliyyatları üçün istifadə olunur. Niger regionda Qərb ölkələrinin cihadçı qruplara qarşı əməkdaşlıq edə biləcəyi sonuncu ölkələrdən biri hesab olunur. Lakin bu, Niger ordusunun 2023-cü ilin iyulunda prezidenti devirməsindən və fransız qoşunlarına bir neçə ay sonra oranı tərk etməyi əmr etməsindən sonra dəyişməyə başlayıb.

Mənbə: Gateway Pundit

Bənzər xəbərlər

Gündəm

0.028504133224487