Mar 18

Sumqayıtdakı “Bağça Şəhər” yaşayış kompleksində sakinlərin yuxusuna haram qatılıb - VİDEO

Sumqayıt şəhərində “Bağça Şəhər” yaşayış kompleksində yaşayanların yuxusuna haram qatılıb.

Bununla bağlı Mozalan.az-a şikayət daxil olub. Şikayətçi bildirib ki, kompleksin arxa hissəsində, gecə saatlarından səhər saat 07:00-a qədər tikinti işlərinin aparılması üzündən sakinlərin rahatlığı pozulub.

Sakin qeyd edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə şikayət edib, polis bölməsinə ərizə ilə müraciət ünvanlayıb.

“Mənə deyilib ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun məsələdən məlumatı var”, - deyə sakin qeyd edib.

Sakinlər müvafiq orqanlardan bu narahatlığın aradan qaldırılması üçün tədbir görülməsini xahiş ediblər.

Qeyd edək ki, sözügedən məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəlləyə  əsasən, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə, yəni mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 00:00-dan 07:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, televizorları, radioqəbulediciləri və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə iki min manatdan 2 500 manatadək məbləğdə cərimə edilirlər.

Videonu təqdim edirik:

Əzizə İsmayılova

Bənzər xəbərlər

Gündəm

0.027054071426392