Mar 18

Ağır yanıq xəsarətləri alan məktəblinin köməyinizə ehtiyacı var - FOTO

2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı keçən ilin aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb.

Bu barədə Mozalan.az-a onun anası Şəfa Abdullayeva məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Ananın sözlərinə görə, səkkiz yaşlı qızı məktəbdən gəldikdən sonra qaz sobasını yandıraraq isinmək istəyib və çaydanı onun üzərinə qoyub:

“Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdirdilər. Üç həftə reanimasiyada qaldı. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Ona iki dəfə dəriköçürmə əməliyyatı edildi. Bu əməliyyatların pulu yardımsevər insanların köməyi ilə toplandı. Amma Yağmurun müalicələrini apara bilmirik. Nəyimiz varsa satmışıq. Yağmurun yanan yerləri göynədiyi üçün yatağa məhkum olub. Qızım əməliyyat olunsa da, yaraları sağalmaq bilmir. Sağalma sürəti, demək olar ki, çox zəifdir.

İmkanlı şəxslərdən bizə kömək olmalarını, Yağmurun dərmanlarını ala bilməyimiz üçün bizə maddi dəstək olmalarını xahiş edirəm. Yağmurun müalicəsini təmin etmək üçün bizə yenidən dəstək olsunlar. Bu müalicə müddətində bizə 500 manat lazımdır”.

Əlaqə nömrəsi: (077) 310-54-57 (Yağmurun anası Şəfa Abdullayeva).

Uni Bank: 5243 7544 4206 2368.

Bənzər xəbərlər

Gündəm

0.036369800567627