Mar 13

Məcnun Məmmədov: “Azərbaycanda ötən il 160 min hektara yaxın sahə məhv olub”

“Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə su çatışmazlığından məhv olub”.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransının (“Baku Water Week Conference”) açılış mərasimində deyib.
“Dünyada su ehtiyatlarının təxminən 70%-i kənd təsərrüfatında istifadə edilir və Azərbaycan da bu mənada istisna deyil”, - nazir qeyd edib.

Onun sözlərinə görə, dünyada baş verən və hazırda da davam edən iqlim dəyişikliyi Azərbaycana təsirsiz keçmir:

“Biz bu çağırışı ciddiyə almalıyıq, daha da hazırlıqlı olmalıyıq. Azərbaycanda təxminən 1,5 milyon hektar suvarılan sahələr var ki, onların da 78%-i birillik əkinləri əhatə edir, 9%-i çoxillik və təxminən 13%-i örüş sahələridir”.

M.Məmmədov əlavə edib ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının təxminən 90%-i məhz suvarılan sahələrdən əldə olunur.

Bənzər xəbərlər

Gündəm

0.036186933517456