Nəsimi rayonunda 48 yaşlı qadını avtomobil vurub
 
   
   
    Bakının Nəsimi rayonunda 48 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, 1976-cı il təvəllüdlü Tünzalə Rafiq qızı Əliyeva yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



















































