Mar 06

Ağır xəstəlikdən əziyyət çəkən Xəzərin anası: “Övladımı itirməkdən çox qorxuram” - FOTO

Dörd yaşlı Xəzərin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun anası Məlahət Babayeva məlumat verib.

O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir.

“Xəzər anadangəlmə qaraciyər çatışmazlığından əziyyət çəkir. Nə qədər müalicə etsək də, heç bir faydası olmadı. Həkimlər Xəzərə qaraciyər köçürmə əməliyyatının zəruri olduğunu deyiblər. Əməliyyat Türkiyədə yerləşən özəl klinikalardan birində həyata keçiriləcək”

Məlahət Babayeva övladının əməliyyatı üçün topladıqları məbləği yenidən onun müalicəsinə xərclədiklərini bildirib.

Xəzərin əməliyyatı üçün lazım olan 76 500 manatın bir hissəsini evimizi sataraq, bir hissəsini isə sizin saytın izləyicilərinin dəstəyi ilə toplaya bildik. Əməliyyat üçün avqust ayında Türkiyəyə yollansaq da, həkimlər övladımın müalicə edib, daha sonra əməliyyat olunmasını tövsiyə etdilər. Buna görə də topladığımız məbləğin 10 000 manatını xərcləməli olduq. Hazırda övladımın əməliyyatı üçün 2 000 manatımız çatmır. Qalan məbləği qohumların dəstəyi ilə toplaya bilmişik. Yardımsevər şəxslərdən övladımı yarı yolda qoymamağı xahiş edirəm. Xəzər çox kiçikdir, onu itirməkdən çox qorxuruq”.

Ailə ilə əlaqə: (055) 569-77-29.

Kapital Bank: 4169 7388 8905 5350.

Bənzər xəbərlər

Gündəm

0.071398019790649