Mar 04

İkiqat dünya çempionu olan yeganə qadın karateçimizin doğum günüdür - FOTO

Azərbaycanı təmsil edən karateçi İrina İqoryevna Zaretskanın doğum günüdür. İrina Zaretska Karate üzrə Dünya çempionatının qızıl medalına sahib olan birinci və yeganə qadın idmançımızdır.

Mozalan.az xatırladır ki, İrina İqoryevna Zaretska 1996-cı il martın 4-də Odessa şəhərində anadan olub. Odessa Milli Hüquq Universitetində ali təhsil alıb. 1999-cu ildə Sergey Slavutun məşqçiliyi altında idmanla məşğul olmağa başlayıb. 2005-ci ildən isə o, Denis Morozovun rəhbərliyi altında məşq edib. İrina Zaretska beynəlxalq səviyyədə birinci turnirinə 2012-ci ilin fevralında Azərbaycanda baş tutan yeniyetmələr arasında Avropa çempionatı çərçivəsində qatılıb. Həmin yarışda rəqibləri üzərində qələbə qazanan 15 yaşlı İrina Zaretska, yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına sahib olub.

İrina Zaretska 2015-ci ildə Fransanın Paris şəhərində baş tutan Premyer Liqa turnirinə qatılıb və qalib olub.

Martda Azərbaycan Milli Karate Federasiyası (AMKF) tərəfindən İrina Zaretskaya Azərbaycan yığmasının heyətində mübarizə aparmaq üçün müraciət olunub. O, həmin müraciətə müsbət cavab verib. İrina Zaretska Azərbaycan yığmasının heyətində beynəlxalq səviyyədə birinci nüfuzlu turnirə İstanbul şəhərində baş tutan Avropa çempionatı çərçivəsində qatılıb.

Avropa çempionatının birinci görüşündə o, Rusiya nümayəndəsini, növbəti görüşündə isə Ukrayna təmsilçisini məğlub eləsə də, 1/4 final mərhələsində Monteneqro nümayəndəsinə məğlub olub və çempionatı 8-ci pillədə başa vurub.

İdmançımız 2016-cı ildə Berlində keçirilən Premyer Liqada, 2017-ci ildə Gənclər arasında Avropa çempionatında qalib gəlib.

Onun hesabında 2018-ci ildə Madriddə Dünya çempionluğu, 2019-cu ildə Premyer Liqada ardıcıl qələbələr, 2020-ci ildə 2-ci dəfə Dünya çempionluğu, 2021-ci ildə Olimpiya Oyunlarında uğurları mövcuddur.

Azərbaycanı təmsil edən karateçi 2020-ci ildə Yaponiyanın Tokio şəhərində XXXII Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. 

Bənzər xəbərlər

Gündəm

0.021564960479736