Mar 03

Buraxılış imtahanının keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət necədir? - FOTO

Ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət nəzarət altındadır.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsi ilə həmin yollar diqqətdə saxlanılır. Hazırda imtahanın keçirildiyi təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir.

Bənzər xəbərlər

Gündəm

0.022924900054932