Feb 28

Şirkətin yarım milyonunu mənimsəyən qadının əmlakının üzərinə qoyulan həbs ləğv edildi

Bakı Apellyasiya Məhkəməsində “RİCH S.A” MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəmədə təqsirləndirilən Tamilla Əliyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü mülki iddiaya dair hissəsində dəyişdirilib. Təqsirləndirilən şəxsin mülkiyyətində olan, üzərinə həbs qoyulmuş daşınmaz əmlakın hərrac yolu ilə satılmaqla əldə olunan 528 458 manat maddi ziyana və 920 manat mülki iddianın təmin edilməsinə yönəldilməsinə dair müddəalar hökmdən xaric olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qismən - Tamilla Əliyevanın mülkiyyətində olan üzərinə həbs qoyulan daşınmaz əmlakın üzərinə həbs qoyulması hissəsində ləğv edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tamilla Əliyeva 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “RİCH S.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş mühasib vəzifəsində çalışıb.

Tamilla Əliyeva şirkətin ümumilikdə 528 458 manat pulunu mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bənzər xəbərlər

Gündəm

0.026735067367554