Tramp ukraynalı qaçqının qatilinə ölüm cəzası tələb edib

Ukraynalı qaçqın İrina Zarutskayanın qatili edam cəzasına məhkum edilməlidir.
Mozalan.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Amerika lideri cinayətkarı “heyvan” adlandırıb və tez bir zamanda mühakimə olunmasının vacibliyini vurğulayıb. Tramp bildirib ki, qatil üçün yeganə mümkün cəza ölüm hökmü olmalıdır.
"Ukraynalı gözəl qızı vəhşicəsinə öldürən heyvan tez bir zamanda mühakimə olunmalı və ölüm cəzasına məhkum edilməlidir. Başqa variant ola bilməz", - deyə o qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl məlum olub ki, ABŞ-nin Şarlott şəhərində afroamerikalı bir şəxs ukraynalı İrina Zarutskayanı bıçaqlayaraq qətlə yetirib. Hadisə tramvay vaqonunda baş verib. Cinayətkar qızın arxasında oturub. Qəfil bıçaq çıxararaq onun boyun nahiyəsinə bir neçə zərbə endirib. Aldığı xəsarətlərdən Zarutskaya hadisə yerindəcə ölüb. Qatil qaçsa da, az sonra polis tərəfindən saxlanılıb.
Həmidə İbrahimova