Feb 25

Florida Texasa əlavə qoşun göndərir

Florida qubernatoru Ron Desantis cənub sərhədinin təhlükəsizliyini təmin etmək üçün Texasa Milli Qvardiya və ştatın yol patrul xidmətlərindən ibarət əlavə qüvvələr göndərib.

Bu barədə Desantisin saytında bildirilib.

“ABŞ Prezidenti Co Baydenin sərhəd böhranı hər bir ştatı sərhəd ştatına çevirib, bu da ərazi suverenliyimizin mühafizəsi üçün daha aktiv addımların atılmasını tələb edir. Mən Texasda xidmət edən hər bir hüquq-mühafizə orqanının əməkdaşına, milli qvardiyaçıya və dövlət qvardiyasının üzvünə səmimi təşəkkürümü bildirmək istəyirəm”, - deyə o qeyd edib.

Qeyd edək ki, Texasa ümumilikdə 50 qvardiyaçı, həmçinin Floridanın yol patrul xidmətinin 76 əsgəri göndərilib.

Mənbə: İzvestiya

Bənzər xəbərlər

Gündəm

0.028266906738281