Feb 21

Zaqatalada “Qazel” qatarla toqquşub

Zaqatalada “Qazel” qatarla toqquşub.

APA-nı məlumatına görə, hadisə Yevlax-Balakən dəmir yol xəttinin Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.

Hadisə şahidlərinin verdikləri məlumata görə, “Qazel” markalı yük maşını Yevlax-Balakən dəmir yol xətti ilə hərəkətdə olan yük qatarı ilə toqquşub. Qəza zamanı “Qazel”in sürücüsü, rayonun Fındıqlı kənd sakini Etibar Zahid oğlu Abbasov yüngül xəsarət alıb.

E.Abbasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bənzər xəbərlər

Gündəm

0.10390400886536