Gəncədə xəstəxanada ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə doqquz yaşlı qız xəstəxanada ölməsi ilə bağlı açıqlama verib.
TƏBİB-dən Mozalan.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü il təvəllüdlü (qadın cinsli) şəxs fevralın 20-i, saat 02:50-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə yerləşdirilib:
“Ona plevrit diaqnozu qoyulub. Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 04:00-da bioloji ölüm baş verib. Ölüm səbəbi kimi tənəffüs çatışmazlığı qeyd olunur”.
08:30
Gəncədə doqquz yaşlı qız xəstəxanada ölüb.
Mozalan.az xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.
Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qız xəstəxanada ölüb.
Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub.
İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət