Feb 03

Braziliyada məşhur karnavalın keçiriləcəyi ərəfədə epidemiya həyəcanı yaşanır - FOTO

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünyaca məşhur karnaval ərəfəsində tropik denge qızdırması epidemiyası yayılıb.

Bu barədə şəhərin meri Eduardo Paes məlumat verib.

“Yanvar ayında 10 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb. Biz şəhərin bütün tarixi ərzində xəstəxanaya yerləşdirilmə üzrə rekord qırmışıq. Bu ilin ilk ayında 362 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə mer şəhərin səhiyyə katibliyinin rəhbəri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Merin sözlərinə görə, yaxın günlərdə denge qızdırması olan xəstələr üçün 10 səyyar qəbul və ilk yardım mərkəzi təşkil ediləcək.

Qeyd edək ki, Rio-de-Janeyroda dünyaca məşhur karnavalın başlamasına bir həftə qalıb. Bu il bayram fevralın 10-dan 13-dək keçiriləcək, lakin artıq kütləvi şənliklər başlayıb. Həmçinin bu dövr turizm mövsümünün də pik dövrüdür. Bu il karnavalda iki milyondan çox turistin iştirakı gözlənilir, şəhərin hotel şəbəkəsinin 87% dolub.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.069249868392944