Feb 02

Çində iflic olan xəstənin hərəkətliliyi bərpa edilib - FOTO

Çin alimləri iflic olan xəstənin bədəninə implant yerləşdirməklə bəzi motor funksiyalarını bərpa edə biliblər.

Bu barədə yerli KİV Pekin Tsinxua Universitetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, alimlər bunun üçün universitetdə hazırlanmış orijinal neyroimplantdan istifadə ediblər.

Belə bir əməliyyat Çində ilk dəfədir həyata keçirilir. İki sikkə ölçüsündə olan çip 2023-cü ilin payızında 2010-cu ildə yol-nəqliyyat hadisəsi nəticəsində iflic olan bir kişiyə implantasiya edilib. Maşın öyrənmə alqoritmindən istifadə edərək üç aylıq müntəzəm məşqlərdən sonra xəstə müstəqil olaraq yeyib-içə bilib.

İnsan orqanizminə yerləşdirilən çip insan intellektini kompüterlə birləşdirməyə qadirdir. Onun istifadə potensialına gələcəkdə iflic olan şəxsin idrak qabiliyyətlərinin artırılması da daxildir.

Mənbə: rossaprimavera.ru

Bənzər xəbərlər

Gündəm

0.11928796768188