Feb 01

Türkiyədə qumar saytı açan iranlı ölkəsinə təhvil verildi - FOTO

Türkiyədə saxlanılan onlayn mərc və qumar saytının təsisçisi Məsud Tərkibi İrana ekstradisiya edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.  

FƏRACA (İran hökumətinin hüquq-mühafizə qüvvələrinin komandanlığı) Beynəlxalq Polis İdarəsinin rəisi Məcid Kəriminin verdiyi məlumata görə, o, Türkiyədə dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunub.

Qeyd olunub ki, iranlı qumarbaz insan alveri qruplaşmasının liderlərindən biri olub.  

 

Bənzər xəbərlər

Gündəm

0.035459041595459