Şəhid atası oğlunun son zəngindən DANIŞDI - VİDEO
“Vətən müharibəsi başlayanda Şahəli Şıxıyevin 21 yaşı var idi. Həqiqi hərbi xidməti bir il əvvəl başa vurmuşdu. Çağırış gələndə isə sevinərək cəbhəyə yollandı”.
Bu sözləri şəhid Şahəli Şıxayevin atası Əflatun Şıxıyev ”AzTV Xəbər”ə müsahibəsi zamanı deyib.
O bildirib ki, oğlunun döyüş yolu Füzulidən başlayıb, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərədək davam edib:
“Telefonla danışdığımız zaman səsi çox xoş gəlirdi. “Məndən narahat olmayın” deyərdi”.
Qeyd edək ki, ll Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şahəli Əflatun oğlu Şıxıyev 1999-cu il may ayının 1-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahəli Şıxıyev ölümündən sonra ”Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Ətraflı süjetdə: