Jan 29

Parisdə restorandan 1,5 milyon avroluq şərab oğurlandı

Fransa paytaxtının ən qədim restoranlarından biri sayılan “La Tour d'Argent” (“Gümüş qala”) restoranından ümumi dəyəri 1,5 milyon avrodan çox olan bahalı şərablar oğurlanıb.

Restorançılar itkini yanvar ayında inventarların sayılması zamanı aşkar ediblər. Söhbət 80-dən çox şüşədən gedir, lakin onların arasında “Roman e-Conti” kimi olduqca nadir və bahalı brend də var. İlindən və çeşidindən asılı olaraq, bu şərabın bir şüşəsi on minlərlə avroya başa gələ bilər.

Şərabların nə vaxt yoxa çıxdığını dəqiq söyləmək çətindir. Belə ki, inventarların sayılması zamanı 2020-ci ilin yanvarından indiyədək olan dövr nəzərdən keçirilib. Qeyd edilir ki, 2022-ci il aprelin 30-dan 2023-cü ilin sentyabrına qədər “La Tour d'Argent” təmirə bağlanıb.

1582-ci ildən işlədiyi iddia olunan restoran Parisin ən böyük şərab anbarlarından birinə malikdir. Onun kolleksiyasında 300 mindən çox şüşə şərab var ki, bunlar arasında ən qədimi 1788-ci il tarixli “Clos de Griffier”dir.

Mənbə: TASS​

Bənzər xəbərlər

Gündəm

0.027980089187622