Finlandiyada keçirilən prezident seçkisinin ilkin nəticələri açıqlanıb
Finlandiyada keçirilən prezident seçkisində bülletenlərin 80%-i yoxlanıldıqdan sonra sağ mərkəzçi Milli Koalisiya Partiyasının (Saml) namizədi, keçmiş baş nazir və keçmiş xarici işlər naziri Aleksandr Stubbun öndə olduğu məlum olub.
Qeyd olunur ki, seçicilərin 27,4 faizi ona səs verib.
Finlandiyada seçki məntəqələri saat 20:00-da (Bakı vaxtı ilə 23:00 - red.) bağlanıb. Xaricdə yaşayan finlər artıq səs veriblər - bu proses yanvarın 17-dən 23-dək baş tutub, seçici fəallığı 44% təşkil edib.
Qalib birinci turda səslərin 50%-dən çoxunu almalıdır. Turun rəsmi nəticələri yanvarın 30-da açıqlanacaq. İlkin məlumatlara əsasən, səs çoxluğu ilə Stubb və ya Haavisto qalib olacaq.
Mənbə: rbc.ru