İran məhkəməsi iki etirazçıya edam cəzası verib - FOTO
İran hökumətinin Məhkəmə-Ədliyyə Sistemi İsfahanın Semirom şəhərində keçirilən “Qadın, Həyat, Azadlıq” aksiyalarında həbs edilmiş etirazçılardan Mehran Bəhramian və Fazil Bəhramian barəsində edam hökmü çıxarıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Bildirilir ki, İnsan Haqları Mərkəzinin məlumatına görə, gənc etirazçılar “müharibə”də (dini hakimiyyətə qarşı üsyan qaldırmaq) ittiham ediliblər.
Onlar həbs olunduqdan sonra ağır işgəncələrə məruz qalıblar, habelə M. Bəhramianın qol və ayaqları sındırılıb.