Antalya valisi sahilə çıxan cəsədlərlə bağlı açıqlama verdi: Silsilə qətllər? - FOTO
“Antalyada sahilə çıxan cəsədlərin səbəbi seriyalı qatil deyil, müharibələrdir”.
Bu sözləri Antalya valisi Hulusi Şahin son günlərdə Antalya çimərliklərində tapılan cəsədlərlə bağlı açıqlama verərkən deyib.
Hulusi Şahin Konyaaltı Sənayeçi və İş Adamları Dərnəyinin iclasında məsələ ilə bağlı son məlumatları paylaşıb.
“Parçalanmış insan cəsədləri bir-birinin ardınca sahildə tapıldıqdan sonra şəhərdə silsilə qətllər törədən qatilin olub-olmaması ilə bağlı suallar yaranmağa başladı. Bunlar bəlkə də qatilin törətdiyi silsilə cinayətlər olmaya bilər, amma yanımızda Qəzza bölgəsində müharibənin getdiyi məlumdur. Ehtimallar var ki, tapılan cəsədlər Livandan Avropaya getmək istəyən və içində təqribən 90 nəfərin olduğu təxmin edilən gəminin batması nəticəsində ortaya çıxıb. Bu müharibə tez bir zamanda başa çatmazsa, oxşar mənzərələrlə qarşılaşa bilərik”, - deyə o bildirib.
Mənbə: Haber Global