İran proksiləri ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edib
“İraqın İslam Müqaviməti” şiə hərəkatının silahlıları Suriyanın Deyr əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında ABŞ hərbi bazasına hücum edib.
Qeyd olunur ki, bu, son bir neçə gün ərzində İranın proksi qüvvələrinin ABŞ-nin hərbi bazasına beşinci hücumudur.
Hələlik Birləşmiş Ştatlar administrasiyası məlumatı şərh etməyib.
Mənbə: Al Mayadeen