Jan 24

Pxenyanda Şimali Koreyanın Cənubi Koreya ilə “Yenidən birləşmə arkası” sökülüb

Pxenyanda Cənubi Koreyanın Şimali Koreya ilə “Yenidən birləşmə arkası” sökülüb.

Bu barədə NK News peyk görüntülərinə istinadən məlumat yayıb.

Nəşr Amerikanın “Planet Labs” şirkətinin yanvarın 23-də çəkilmiş fotoşəkillərini dərc edib.

Görüntülərə əsasən, arka öz yerində yoxdur. Abidənin dəqiq nə vaxt söküldüyü bəlli deyil.

Qeyd olunur ki, yanvarın 19-da çəkilmiş fotoşəkildə arka görünürdü.

Abidə Şimali və Cənubi Koreya nümayəndələrinin 1972-ci ildə imzaladıqları üç bəyannamənin şərəfinə “Üç Xartiyanın arkası” da adlanır.

Xatırladaq ki, Şimali Koreyanın lideri Kim Çen In yanvarın 15-də KXDR Ali Xalq Məclisinin sessiyasındakı çıxışında Cənubi Koreya ilə sülh yolu ilə birləşməyi mümkünsüz adlandırıb. O, iki ölkənin mümkün birləşməsi ilə bağlı sözlərin Şimali Koreya Konstitusiyasından çıxarılmasını və Cənubi Koreyanın bir nömrəli düşmən dövlət və daimi əsas düşmən adlandırılmasını əmr edib.

Kim sülh yolu ilə birləşmə üçün danışıqları inkişaf etdirmək üçün yaradılmış bütün qurumların ləğv edilməsini əmr edib. O, həmçinin respublikanın milli tarixindən “birləşmə”, “barışıq” və “soydaş” konsepsiyalarını çıxarmaq üçün paytaxtın cənub girişində yerləşən yararsız hesab etdiyi arkanın sökülməsinə göstəriş verib.

Bənzər xəbərlər

Gündəm

0.029199123382568