Jan 20

Gəmi kapitanları Qırmızı dənizdə husilərin hücumlarından qorunmaq üçün unikal addıma əl atdılar - FOTO

Yəmənin “Ənsar Allah” hərəkatının yaraqlılarının Qırmızı dənizdə hücumlarının qarşısını almaq üçün gəmi sahibləri qeyri-adi üsula əl atıblar.

Belə ki, gəmilərin hərəkətini izləmək üçün elektron platformalarda onlar İsraillə əlaqəli olmadıqlarını bildiriblər.

Kapitanlar bu yolla husilərin raket hücumlarından sığortalanmaq qərarına gəliblər.

Gəmilər əsasən Sinqapur, Malayziya və Honqkonqa aid olub.

Qeyd edək ki, İrana bağlı olan husilər xüsusən İsrail-HƏMAS müharibəsi başlayandan sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər.

Mənbə: İz.ru

Bənzər xəbərlər

Gündəm

0.032082080841064