“Tanış olanda mələk idi, evləndikdən sonra psixopat oldu”: Sevgilinizi əvvəldən tanıya bilərsinizmi? - FOTO
“Biz tanış olanda bu adam mələk kimi idi. Evləndikdən sonra onun psixopat olduğu ortaya çıxdı. Sən demə, xəstəlik kağızı da var imiş, heç fərqinə varmamışam. Artıq iş işdən keçib, dünyam başıma yıxıldı, nə edəcəyəm?”
İki qadın arasında tez-tez eşidilə bilən bu tərz söhbətlərə bütün dünyada rast gəlinir. Buna görə də bir çox dramatik hadisələr baş verir.
Alimlərin fikrincə, tanış olduğunuz insanın psixopat olub-olmadığını başa düşməyin çox sadə yolu var. Sevgilinizin əsl üzünü görmək istəyirsinizsə, barmaqlarına baxın.
Mütəxəssislər hesab edirlər ki, insanın adsız barmağı şəhadət barmağından uzundursa, onun psixopat olma ehtimalı yüksəkdir.
Kanadanın “Centre de Recherche Charles-Le Moyne” adlı tədqiqat qurumunun təhlillərinə əsasən, psixopatlıqdan xəbər verən bioloji əlamətlər var. Adsız barmağın şəhadət barmağından uzun olması da psixopatlığın bioloji mənşəli olmasının göstəricisi hesab olunur. Alimlər müəyyən ediblər ki, 2D:4D nisbətinin (adsız və şəhadət barmağı arasındakı nisbət) aşağı olması psixopatiya, narkotik maddə asılılığı və antisosial davranışlarla əlaqəlidir. Aparılan tədqiqat zamanı narkotik maddə asılılığı və şəxsiyyət pozğunluğu olan insanlarla sağlam insanların barmaqları araşdırılıb və bu nəticəyə gəlinib (elm psixopatlığı şəxsiyyət pozğunluğu kimi xarakterizə edir).
Lakin mütəxəssislər, həmçinin xəbərdarlıq ediblər ki, adsız barmağı şəhadət barmağından uzun olan hər kəs psixopat deyil. Bu istiqamətdə başqa tədqiqatlar da tələb olunur. Çünki barmaq uzunluğuna dölün ana bətnində məruz qaldığı testosteron və estrogen hormonlarının miqdarı təsir edir. Testosteron səviyyəsi yüksək olan kişilərin adsız barmaqları daha uzun ola bilər. “Məlum oldu ki, araşdırmamızda iştirak edən insanlarda psixopatlıq simptomları nə qədər çox olarsa, ana bətnində olarkən bir o qədər çox testosterona və daha az estrogenə məruz qalıblar”, - deyə alimlər qeyd ediblər.
Mənbə: Milliyet.com.tr