Pakistan - İran sərhədində vəziyyət gərginləşdi - YENİLƏNİB
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Hüseyn Əli Cavadanfər İran-Pakistan sərhədi yaxınlığında öldürülüb.
Pakistanın “Ceyş əl-Ədl” (Ədalət Ordusu) qrupu bu axşam SEPAH karvanına, SEPAH-ın nəzarət-buraxılış məntəqəsinə və Saravan Korpusunun polkovnikini daşıyan avtomobilə hücum edib.
Hadisə zamanı İranın 3 təhlükəsizlik nümayəndəsi, o cümlədən bir SEPAH zabiti həlak olub.
Mənbə: Azad İran
17:43
“İranın Bəlucistan əyalətinə hücumuna cavab olaraq bütün variantlar nəzərdən keçirilir”.
Bu barədə Pakistanın yüksəkrütbəli kəşfiyyat mənbələrindən məlumat verilib.
Məlumata görə, Pakistan İranın hücumu ilə bağlı təcili iclas keçirib.
Pakistan kəşfiyyat mənbələrinin verdiyi açıqlamada İranın ötən gecə sərhəddəki Pəncqur qəsəbəsində “Ceyşul Adl” adlı silahlı qrupa hücum təşkil etdiyi, lakin günahsız uşaqlara zərər yetirdiyi bildirilib.
Qeyd edilib ki, Pakistan İranın hücumuna tələsik reaksiya verməyib. Lakin Pakistanın 2019-cu ilin fevralında Balakotda Hindistana verdiyi cavab xatırladılıb və İslamabadın cavab verməkdə “usta” olduğu vurğulanıb.
Mənbələrin məlumatına görə, İranın hücumuna cavab olaraq Pakistan bütün variantları nəzərdən keçirir.
Həmçinin qeyd edilib ki, İran Qəzza münaqişəsinin həllinə əhəmiyyətli töhfə verə bilmədiyi bir zamanda bu yolla gündəmdə qalmağa çalışır.
Mənbə: Haber Global
16:26
Pakistan Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətinə raket hücumlarına cavab olaraq öz səfirini İrandan geri çağırıb.
Məlumata görə, Xarici İşlər Nazirliyi Pakistana hücumun qanunsuz və qəbuledilməz bir hərəkət olduğunu və buna görə də, İslamabadın cavab vermək hüququ olduğunu bildirib.
Mənbə: TASS