İsrail və HƏMAS arasında razılaşma əldə olundu
İsrail və Fələstinin HƏMAS hərəkatı Qətər və Fransanın vasitəçiliyi ilə Qəzza zolağına dərman və humanitar yardımın tədarükü ilə bağlı razılığa gəlib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd Əl Ənsari Qətər dövlətinin Fransa Respublikası ilə birlikdə İsrail və HƏMAS arasında mülki şəxslərə humanitar yardımın çatdırılmasını nəzərdə tutan razılaşmanın əldə edilməsindəki vasitəçiliyini açıqlayıb.
Bildirilib ki, Qəzza zolağında olan girovlara dərmanların təhvil verilməsi müqabilində Qəzza zolağındakı əhaliyə lazımi humanitar yardımlar göndəriləcək.
Mənbə: TASS