Braziliyada təbii fəlakət: Elektrik naqilləri qırılıb suya düşdü, xeyli sayda ölən var - VİDEO
Braziliyanın Rio-de-Janeyro şəhərində leysanın səbəb olduğu daşqınlar nəticəsində azı 11 nəfər ölüb.
Bu barədə yerli xilasetmə xidmətləri məlumat yayıblar.
Bildirilir ki, insanlar naqillərin qırılması nəticəsində elektrik cərəyanı vurmasından, torpaq sürüşməsindən və qayaların uçmasından həlak olublar.
Axtarış-xilasetmə işləri davam edir.
Təbii fəlakətə dördüncü təhlükə səviyyəsi (beş mümkün səviyyədən) verilib, buna görə şəhərdə fövqəladə vəziyyət elan edilib.
Mənbə: RİA Novosti