Yeni Zelandiyanın keçmiş baş naziri 10 ildir birlikdə olduğu sevgilisi ilə evləndi - FOTO
Yeni Zelandiyanın keçmiş baş naziri Casinda Ardern uzun müddətdir birlikdə olduğu Klark Geyford ilə evlənib.
Bu münasibətlə paytaxt Vellinqtondan təxminən 310 km məsafədə, Şimal adasında yerləşən “Craggy Range” şərabçılıq kompleksində kiçik toy mərasimi təşkil edilib.
Qonaqlar arasında Ardernin baş nazir kimi davamçısı və hazırkı müxalifət lideri Kris Hipkins də olub.
10 ildir bir yerdə olan cütlük 2022-ci ildə evlənməyi planlaşdırsa da, Ardern hökumətinin ölkədə tətbiq etdiyi sərt COVID məhdudiyyətləri səbəbindən təxirə salınıb.
Cütlüyün beş yaşlı Neve adlı qızları var.
Mənbə: Haber Global