Jan 13

Terminologiya Komissiyasının sədr müavini: “Adı dəyişib “X” qoymaq istəyirlər”

“Qəribə, mənası və səslənməsi gözəl olmayan adların uşaqlara verilməsi faktları hələ də qalır. Ancaq belə halların qarşısı qeydiyyat idarələrində alınır”.

Bunu AzVision.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

O qeyd edib ki, uşağa adın verilməsi təkcə ailəyə mənsub deyil. Eyni zamanda bu, sosial mühitlə bağlı olan məsələdir. Valideynlər ad seçiminə xüsusi diqqət yetirilməlidirlər.

S.Sadıqova vurğulayıb ki, son illər insanların öz adlarını dəyişdirib xarici adlar alması halları çoxalıb: “Bir çox hallarda belə müraciətlər zamanı Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınmır. Məsələn, müraciət edir ki, adını “X”ə dəyişmək istəyirBu nə dərəcədə doğrudur?

Yeni qəribə adların bəziləri müasir texnologiyalarla bağlıdır. Bəziləri isə xarici adlardan istifadə etmək istəyir. Məsələn, Dünyamalı adını dəyişib, Daniel, Elnarə adını dəyişib Culyetta qoymaq istəyirlərBelə etməklə özünü xarici vətəndaş kimi hiss edən, xaricdə öz adının daha çox populyar olacağını düşünənlər də var. Hərənin öz təfəkkür tərzi var və ona uyğun hərəkət edirlər. Ad dəyişmənin bir çox səbəbi valideynlərin vaxtında övladlarına yaxşı adlar verməməsidir ki, onlar da buna məcbur olurlar”.

Bənzər xəbərlər

Gündəm

0.026639938354492