Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanalardan birinə göndərilib - YENİLƏNİB
Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanalardan birinə göndərilib.
“Report”un Şimal bürosunun məlumatına görə, ödənişli yolun Şabran rayonu ərazisindən keçən hissəsində baş vermiş avtoqəzada xəsarət alan Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Təhməzova Nərmin Elnur qızı paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Qeyd edək ki, avtomobil qəzası nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb, onlardan iki nəfərin müalicəsi ambulator davam etdirilir.
13:56
Bakı-Quba-Rusiya Federasiyası ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən qəza baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə zamanı BMW markalı idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Belə ki, qəza nəticəsində sürücü Cəfər Həsənov hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Avtomobildə olan sərnişinlər 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Hər üç şəxs Bakı şəhər sakini olub.
Faktla bağlı araşdırma aparılır.