Yüzlərlə gəmi Qırmızı dənizdə ilişib qalıb: Avropaya gediş-gəliş dalanda - FOTO

Qərbin Yəmənə hücumları fonunda Qırmızı dənizdə 200-dən çox gəmi var.
Bu barədə “Marinetraffic” xidmətinin məlumatlarından aydın olub.
Qeyd olunur ki, Süveyş kanalı ilə gəmiçilik davam edir.
Xatırladaq ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənin müxtəlif bölgələrində dörd əyalətdəki hədəflərə endirib. Ağ Evin rəhbəri Co Bayden bunu husilərin gəmiçilik azadlığına olan təhdidinə cavab adlandırıb.
Mənbə: RİA Novosti