Türkiyədə psixiatrik xəstə qaldığı otağı yandırıb - FOTO/VİDEO
Türkiyənin Batman vilayətində xüsusi xəstəxanada müalicə alan psixiatrik xəstə qaldığı otağı yandırıb.
Məlumata görə, hadisə yeddimərtəbəli klinikanın dördüncü mərtəbəsində baş verib. Hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları çağırılıb. 20 xəstə yaxınlıqdakı özəl xəstəxanaya köçürülüb.
Otaqda qalan və çıxmaq istəməyən xəstə xəstəxana işçilərinin səyləri nəticəsində çıxarılıb. Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.
Qeyd edək ki, dağıntılara səbəb olan yanğını törədən şəxs saxlanılıb.
Mənbə: hurriyet