Jan 11

200 min manat kredit üçün kömək vəd etdiyi fermerin pullarını mənimsədi

Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaman Əliyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Yevlax Rayon Məhkəməsinin hökmü ilə Z.Əliyev iki il iki ay 28 gün müddətinə azadlıqdan məhrum olunub.

İttihama görə, Zaman Əliyev özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə zərərçəkmiş Bayram Həsənovun (şərti) icarə müqaviləsi ilə istifadəsində olan Yevlax rayonunun Varvara kəndinin ərazisində yerləşən 138 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmaq üçün adını demədiyi bankdan 200 000 manat məbləğində kredit götürməsinə köməklik göstərəcəyini yalandan vəd verib.

Z.Əliyev bu yolla zərərçəkmişin ümumilikdə 6 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Zaman Əliyev cinayət məsuliyyətinə cəlb edilib.

Bənzər xəbərlər

Gündəm

0.02620792388916