Fırtınadan əvvəl sakitlik: Argentinalılar möhtəşəm təbiət hadisəsinə şahid oldular - VİDEO
Argentina sakinləri qasırğa zamanı qorxulu olmasıyla yanaşı möhtəşəm görünüşü ilə heyran qoyan təbiət hadisəsinin kadrlarını paylaşıblar.
Görüntülər Buenos-Ayresin kurort şəhəri olan Mar De Axodandır.
Videoda dənizin və şəhərin üzərini örtən ağır buludlar əks olunub.
Qeyd edək ki, ölkədə artıq günlərdir davam edən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib, bəzi şəhərlərdə daşqınlara səbəb olub.
Mənbə: “Svejesti” “Telegram” kanalı