Jan 08

Azərbaycanın Türkiyədəki səfirliyində Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib - FOTO

Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycanın bir qrup Vətən Müharibəsi qaziləri ilə ölkəmizin Türkiyədəki səfirliyində görüş keçirilib.

“Report“un xəbərinə görə, səfirlik nəzdindəki Hərbi Attaşelik Aparatının əməkdaşlarının, eləcə də Türkiyə Müharip Qazilər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə müşavir Eldar Əliyev və hərbi attaşe general-mayor Müşfiq Məmmədov qonaqları salamlayaraq, qazilərin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı vurğulayıblar və onların şücaətinin hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildiriblər.

Görüş zamanı Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışılaraq, bir çox qazinin məhz qardaş Türkiyədə müalicə aldığı qeyd edilib.

Səmimi şəraitdə keçən görüşdə qazilər də öz fikirlərini səsləndirərək dövlətin onlara qayğı və diqqətindən razılıq ediblər.

Bənzər xəbərlər

Gündəm

0.027467966079712