Jan 07

Güney Azərbaycanda duz zavodunun tikilməsinə etiraz - FOTO

İranın Salmas şəhərinin Qaraqışlaq kəndinin sakinləri kəndin ərazisində duz zavodunun açılmasına etirazlarını bildiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, Salmas və Urmiyadan göndərilən repressiv hökumət qüvvələri zorakılığa əl ataraq etirazçıları dağıtmağa çalışıblar. Baş verənləri videoya çəkən yerli sakinlərə qarşı isə sərt tədbirlər görülüb.

Kənd sakinləri deyirlər ki, torpaqlarının Marağadakı “Kave Soda” zavodu kimi ölümcül maddələrin təsirinə məruz qalmasını istəmirlər. Həmin zavodun ətrafındakı yüzlərlə hektar kənd təsərrüfatı sahəsi zərərli maddələrin buraxılması səbəbindən artıq məhsuldarlığını itirib.

 

Bənzər xəbərlər

Gündəm

0.027884960174561